Qədim Hindistan tarixi yazılı və arxeoloji mənbələr əsasında öyrənilir. Qədim dövrün tarixini əks etdirən yazılı mənbələr və daş üzərində həkk olunmuş bir sıra yazılı abidələr aşkar edilib. Hind sivilizasiyası adətən Harapp mədəniyyəti adlandırılır. Harapp mədəniyyəti e.ə. 2300-1700-cü illərə aid edilir. Bu mədəniyyətə aid maddi nümunələr İranda, İkiçayarasında və Cənubi Türkmənistanda tapılıb. Qazıntılar zamanı üstü təsvirli və qısa yazılı möhürlər aşkar edilib. Bu möhürləri dua və tilslm kimi boyunlarından asırdılar. Möhürlərin üzərində heyvan və əfsanəvi vücudlar, döyüş səhnəsi, müqəddəs ağac və s. təsvir olunub.

Qədim Hindistanın ən qiymətli ədəbi əsərləri "Mahabharata" və "Rr tədqiqçılar əsasən 33 allahın adını qeyd edirlər. İndra - ildrım allahı, Aqni - ocağın və evin qoruyucusu, Rama -bitki allahı hesab olunur. E.ə.I minilliyin sonunda Brahma, Vişna və Şiva allahlarının üçlüyünə ibadət genişlənmişdir.

Qədim hind cəmiyyəti dörd varnaya (təbəqəyə) bölünmüşdü: brahman-kahinlər, kşatrilər-hərbçilər, vayşilər-sənətkar və kəndlilər, şudralar - cəmiyyətin yoxsul və hüquqsuz təbəqəsi, nökər və naiblər.

Şərq ölkələrinin çoxunda olduğu kimi Hind mədəniyyətinin inkişafında da əkinçilik mədəniyyəti önəmli sahələrdən olub. Bu mədəniyyət məhsuldarlıq mədəniyyəti adını daşıyırdı. Hələ qədimdən Hindistan düyü, şəkər qamışı, pambıq kimi kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşhur olmuşdur. İsti iqlim şəraiti olan Hindistanda geniş meşə sahələri ilə örtülüb. Sidr, qırmızı ağac, bambuk, palıd, şam, səndəl və s. ağaclardan təsərrüfat və tikintidə istifadə olunurdu. Meşələrdə müxtəlif heyvanların - meymun, şir, kərgədan, fil, maral, bəbir və başqa heyvanların nümunələri məlum idi. Onlar çevrənin onun diametrinə nisbətini dəqiqliklə hesablamışlar. Bu hesablamalarda "sıfır" və "sonsuzluq" anlayışlarından istifadə olunmuşdur. Qədim hind alimləri həmçinin maddənin "atom" quruluşunu kəşf etmişlər. Riyazi və həndəsi biliklərin inkişafı inşaat-tikinti inkişafına səbəb olmuşdur.

Qədim Hindistan sənətkarları metal emalını bacarırdılar. Misdən heykəllər, silah düzəldirdilər, müxtəlif rəngli parçalar toxuyurdular o cümlədən, bahalı daşlar üzərinə oyma naxışlar vururdular. Qədim hindlilər çay, dəniz gəmiləri də düzəldə bilirdilər. Qədim Hindistan incəsənəti özünün ənənəviliyini, duyulma qabiliyyətli xüsusiyyətləri və simvolikliyi ilə səciyyələnir. Hind incəsənətində onun tarixi, təşəkkül tapdığı inkişaf mərhələləri təzahür olunmuşdu. Bununla bağlı qədim hind incəsənətinə məxsus cürbəcür ziddiyyətli xüsusiyyətlər vardır.

Ümumiyyətlə, qədim hind mədəniyyəti bənzərsiz, nadir mədəniyyətə malik olub, onun ənənəvi xüsusiyyəti bu ərazinin dünyanın başqa ölkələrindən təcrid olunmuş təbii şəraiti ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə