Şahbuz rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, Şahbuz rayon sakini 1990-cı il təvəllüdlü Fərid Piriyev 1987-ci il təvəllüdlü Azər Ağayev tərəfindən bıçaqlanıb. Hadisə F.Piriyevin evinin yanında yaranmış mübahisə zəminində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə