Almaniyanın yeni kansleri Fridrix Merzin populyarlığı 36 faizə yüksəlib.
SİA xəbər verir ki, bu barədə “İnsa” institutunun keçirdiyi sorğuya istinadən “Bild” məlumat yayıb.
Araşdırmaya görə, Merz Almaniya kansleri kimi getdikcə populyarlaşır. Bu gün respondentlərin 36 faizi onun işindən razıdır ki, bu da onun 4 həftə əvvəl vəzifəyə başlamasından bəri olan göstəricidən 13 faiz çoxdur.
...Almanların əksəriyyəti miqrasiya siyasəti ilə bağlı Merzin mövqeyini bölüşür. O, daxili işlər naziri Aleksandr Dobrindti dəstəkləyir. Donald Trampa səfər də uğurlu oldu...
RİA Novosti "İnsa" şirkətinin baş direktoru Herman Binkertdən sitat gətirir.
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin kanslerin nasizmlə mübarizə haqqında sözlərindən sonra Mersi yaddaşındakı boşluqları doldurmağa çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə