...Artıq SİA-nın da xəbər verdiyi kimi, Rusiya Bankı iyunun 6-da keçirilən iclasında əsas faiz dərəcəsini bir faiz bəndi azaldaraq illik 20 faizə endirib.
Tənzimləyici bu qərarı Rusiyada son vaxtlar inflyasiyanın səviyyəsinin aşağı düşməsi ilə izah edib.
2024-cü ilin oktyabrından indiyədək Rusiya Federasiyasında əsas dərəcə 21 faiz təşkil edib.
Pul siyasətinin yumşaldılması banklara istehlak kreditlərini, o cümlədən avtomobil kreditlərini daha əlçatan etməyə imkan verəcək.
Bu da öz növbəsində Rusiyada dərin tənəzzül vəziyyətində olan avtomobil bazarında cüzi canlanmaya səbəb ola bilər..? Əsas və ya baza faiz dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına kredit verdiyi minimum faizdir.
Bundan sonra banklar öz müştərilərinə kredit verirlər, lakin fayda əldə etmək üçün daha yüksək faizlə...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə