Nar Mobile-dən beynəlxalq sərgiyə dəstək

Nar Mobile mobil operatoru iyun ayının 13-də Bakıda start verilən növbəti beynəlxalq sərgiyə öz telekommunikasiya dəstəyini göstərib. Belə ki, "Bakı Ekspo" mərkəzində regionun bütün yol infrastrukturunun mənzərəsini geniş şəkildə nümayiş etdirən 2-ci Azərbaycan Beynəlxalq "Yol İnfrastrukturu və İctimai Nəqliyyat" sərgisi keçirilib. Sərgi çərçivəsində yol tikintisi sahəsində ən son nailiyyətlər, yol hərəkətinin idarə edilməsində informasiya texnologiyalarının (İTS) tətbiqi və yeni ictimai nəqliyyat növləri təqdim olunub. Sərgidə "Azərkörpü", "Azəryolservis", "Borusan Makina", "Improtex Trucks And Buses" və digər şirkətlər daxil olmaqla bir çox yerli və xarici şirkətlər iştirak edib.

Nar Mobile öz ənənəsinə sadiq qalaraq davamlı şəkildə ölkədə keçirilən bir çox sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir. Şirkət öz tərəfdaşlıq siyasətinə sadiq qalaraq növbəti beynəlxalq "Yol İnfrastrukturu və İctimai Nəqliyyat" sərgisinə dəstək olub. Nar Mobile tək bir sahədə deyil, bir çox sahələrdə keçirilən tədbirlərə dəstək olmaqda öz səylərini əsirgərmir. Daha əvvəl, neft, qida və digər sahələrdə sərgilərə dəstək olmuşdur. Bu ənənə Nar Mobile yarandığı gündən mövcuddur və şirkət bu ənənəni bundan sonra da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...