İspaniyada ayaq transplantasiyası həyata keçirilib

İspaniya həkimləri tibb tarixində ilk dəfə olaraq ayaq transplantasiyası ediblər. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat 7 saatdan artıq davam edib. Bu, dünyada ayaqları olmayan saysız-hesabsız insana bu bəladan qurtulmaq imkanı verə bilər.

Adı gizli saxlanılan şəxs üzərində əməliyyat uğurlu keçsə də pasiyentin orqanizminin yeni ayaqları qəbul edib-etməyəcəyi hələ bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə