Xəzər dənizinin qədim zamanlardan etibarən müxtəlif dillərdə dəniz adlandırılmasına baxmayaraq, əslində çox böyük bir göl olduğuna diqqət yetirəcəyik. Xəzər dəniz deyil çünki deyərək söhbətimizə başlayırıq.

SİA xatırladır ki, Xəzər gölü bugünkü siyasi xəritədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan əraziləri arasında yerləşən, sahəsi 371 min kvadratkilometr olan su hövzəsidir. İqlim və iqtisadiyyat baxımından Xəzər dənizinin əsas təsir zonasına daxil olan ölkələr sırasında Türkiyə, Ermənistan, Gürcüstan və Özbəkistan var. Ölçüsünə baxmayaraq, Xəzər dənizinin göl kimi təsnif edilməsinin səbəbi su hövzəsinin okeana çıxışının olmamasıdır.

Dəniz ümumi mənada okeana çıxışı olan böyük və duzlu su hövzəsidir. Buna görə də bir su hövzəsinin dəniz sayılması üçün ilk növbədə okeana birbaşa və ya dolayı çıxışı olmalıdır. Qeyd etməliyik ki, su hövzələrinin səviyyəsi və duzluluq nisbəti dəyişir. İkincisi, dənizlər çox vaxt böyük ərazilərə yayılır və böyük dərinliklərə malikdir. Xəzər isə dörd tərəfdən quru ilə əhatə olunduğu üçün texniki cəhətdən dəniz kimi təsnif edilmir.

Xəzər gölü dünyanın ən böyük qapalı su hövzəsidir. Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 40%-nə bərabərdir. Böyüklüyünə baxmayaraq, Xəzər dənizi quru ilə əhatə olunduğu və duzluluq nisbəti az olduğu üçün dəniz kateqoriyasına daxil edilmir.

Xəzərin səthinin eni Mərmərə dənizindən təxminən 33 dəfə böyükdür. Lakin Mərmərə dənizi Qara dəniz və Egey dənizi vasitəsilə okeana çıxışı olduğu üçün dəniz statusuna, Xəzər dənizi isə quru ilə əhatə olunduğu üçün göl statusuna malikdir. Qapalı su hövzəsi olan Xəzərin duzluluq nisbəti və dərinliyi Mərmərə dənizindən azdır. Mərmərənin orta dərinliyi Xəzərdən iki dəfə çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə