Son dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən SİA -ya verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə