Qan təzyiqi dərmanları şəkərli diabetin qarşısını ala bilər

Qan təzyiq dərmanlarının şəkərli diabet(tip-2)xəstələrinin sağalmasında təsirli olduğu açıqlanıb.
Qan təzyiqi dərmanları şəkərli diabetin qarşısını ala bilər

İngiltərənin Oksford və Bristol universitetlərində çalışan tədqiqatçıların araşdırmasına görə, qan təzyiqi dərmanlarının dünyada milyonlarla insanın 2-ci tip şəkər xəstəliyinə tutulmasının qarşısını ala bilər. SİA bu barədə türk mətbuatına istinad edir.

Tədqiqatçılar bu dərmanların diabetdə qoruyucu təsirlərinin daha əvvəlki proqnozlardan qat-qat çox olduğunu aşkar ediblər. 5 il ərzində 145 mindən çox adamın izləndiyi araşdırmada sistolik qan təzyiqinin 5 mmHg azalmasının şəkərli diabet(tip 2) riskini11% azaltdığı müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə