İngiltərənin Oksford və Bristol universitetlərində çalışan tədqiqatçıların araşdırmasına görə, qan təzyiqi dərmanlarının dünyada milyonlarla insanın 2-ci tip şəkər xəstəliyinə tutulmasının qarşısını ala bilər. SİA bu barədə türk mətbuatına istinad edir.
Tədqiqatçılar bu dərmanların diabetdə qoruyucu təsirlərinin daha əvvəlki proqnozlardan qat-qat çox olduğunu aşkar ediblər. 5 il ərzində 145 mindən çox adamın izləndiyi araşdırmada sistolik qan təzyiqinin 5 mmHg azalmasının şəkərli diabet(tip 2) riskini11% azaltdığı müəyyən edilib.