COVİD-19 pandemiyasına qarşı vaksinasiyanın üstünlükləri - MƏQALƏ

COVİD-19 xəstəliyi yeni kəşf olunan SARS-COV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malikdir. Xəstəlik 2019-cu ildən sonlarından etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir.

Xəstəliyə yoluxan insan bir neçə həftə COVİD-19 virusundan əziyyət çəkir. Təkcə insanın özü üçün yox, iş yoldaşları, qohumlar, uşaqlar üçün də öldürücü ola bilər. Bu təhlükədən çıxış yolu isə peyvənd olunmaqdır. Hər kəs özünü və ətrafını qorumaq üçün məsuliyyət daşımalı və bu pandemiyadan xilas olmaq üçün vaksinasiya olunmalıdır.

Vaksinasiya xəstəliyə yoluxmaq zamanı ağırlaşmanın qarşısını alır və insanı ölüm təhlükəsindən qoruyur. Vaksinin insan bədəni üçün heç bir təhlükəsi yoxdur, bəzi hallarda yalnız allergik reaksiya ilə nəticələnə bilər.

Araşdırmalar göstərir ki, COVİD-19 təkcə yaşlı və xəstə insanlar üçün deyil, gənc və sağlam olanlar üçün də təhlükəlidir. Gənclər, uşaqlar xəstəliyi çox vaxt simptomsuz və yüngül keçirtsələr də ətrafında olan insanlara təhlükə yarada bilərlər. Maska taxmaq, sosial məsafə saxlamaq və s. kimi tədbirlər virusa yoluxmaq və yoluxdurmaq şansını azaldır, lakin bu tədbirlər xəstəliyə qarşı mübarizədə kifayət etmir. Peyvəndlər isə immunitet sistemimizi virusa qarşı mübarizə aparmaqda gücləndirir.

Tarixən bəşəriyyət dəfələrlə pandemiyaya məruz qalmışdır. Peyvəndlərin olunması səbəbindən həmin xəstəliklər zamanı milyonlarla insan həyatını itirmişdir.

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub.

Pandemiya səbəbindən ötən dərs ili ərzində dünyada bir milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Buna görə də pandemiya müasir dövrdə təhsilə vurulan ən böyük zərbə hesab edilir. Ona görə də vaksinasiya təhsildəki itkiləri aradan qaldırmaq və şagirdlərə etibarlı bir gələcək yaratmaq üçün vacibdir.

Dövlətimizin hər zaman öz xalqının qayğısına qalmış və sağlamlığını düşünmüşdür. Belə ki, Prezident İlham Əliyevin böyük ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verir və verməkdədir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Əhalidə kütləni immunitet xəstəliyi yoluxub – sağalanlar və vaksin etdirənlər hesabına yaranır. İnanırıq ki, ölkəmiz zamanında başlamış və problemsiz davam edən vaksinasiyanın sonunda COVİD-19 pandemiyasından xilas olacaq və həyat axarına geri dönəcəkdir.

Vüsalə Vəlizadə

237 saylı tam orta məktəbin kimya müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə