Qızılcadan necə yan gəzək? - AÇIQLANDI

"Qızılcaya qarşı mübarizənin iki istiqaməti var. Biri profilaktik mübarizə, ikincisi isə yoluxma ocaqları meydana gəldikdən sonra bu ocaqların ləğv olması istiqamətində olan mübarizədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: "Profilaktik mübarizə 1 yaşa qədər uşaqlar üçün ilkin peyvəndləmə, daha sonra 5-6 yaşda revaksinasiya olunur. Bu zaman qızılcaya qarşı dayanıqlı immunitet formalaşır. Bunun üçün İlkin Səhiyyə Xidməti buna uyğun şəraitdə peyvəndləndirmə aparılmalıdır. Əgər peyvəndlənmədə axsamaya yol verilirsə, bu, sonrakı 4,5 il ərzində, yaxud sonrakı 2-3-cü ilindən başlayaraq yoluxma halları daha da artıracaq.

Bunlar onu göstərir ki, sonrakı mərhələlərdə bu cür proseslərlə qarşı-qarşıya qalmamaq üçün indidən vaksinasiya işi düzgün qurulmalıdır. Yoluxmalar olduqdan sonra isə qızılca daha çox 18 yaşa qədər olan şəxslərdə özünü biruzə verir. Amma orta yaş və yuxarı yaşda da qızılcaya yoluxma halları müvafiq olaraq müşahidə oluna bilər. Əgər bu cür hallar yaranıbsa öncədən tədbir görmək lazımdır.

Qızılcada səpkilər meydana çıxdıqdan sonra onun yoluxma intensivliyi azalır. Əsas yoluxma müddəti qızılca səpkiləri yaranmadan öncədir. Asqırma, öskürmə, temperatur 37 dərəcə olduqda əlamətlər biruzə verir. Həmin şəxslər evdə yatmalıdır, həmin yerdə isə dezinfeksiya və havalandırma tədbirləri görülməlidir. Yoluxma çox olan yerlərdə isə sürətli vaksinasiya aparmalıyıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə