Ancelina Coli Ukraynanın Xerson şəhərinə səfər edib...

Aktrisa şəhər xəstəxanalarında olub

...Hollivud aktrisası Ancelina Coli çərşənbə günü, 5 noyabrda Xersona gizli səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə New Voice xəbər verir.

Telegram kanalı Xerson Non Fake abunəçilərinə istinadən bildirib ki, kino ulduzu Xersona xeyriyyə yardım proqramı çərçivəsində gəlib və xəstəxanalara baş çəkib.

Keçmiş Xerson Şəhər Şurasının üzvü Vitali Boqdanov aktrisanın şəklini yayımlayıb.

Yerli Telegram kanalı Ukraine Context | Russia No Context də Ancelina Coli-nin səfərini təsdiqləyib.

Dərc olunmuş şəkildə aktrisa uşaqlarla oynayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə