Qərb Putinin Qərbə gizli siqnalına işarə edib...

Rusiya Prezidenti Vladimir Putin "Burevestnik" kruiz raketi və "Poseidon" pilotsuz sualtı aparatının yaradıcılarını mükafatlandırmaqla, guya Qərb ölkələrinə Ukraynaya dəstəyi dayandırmaq zərurəti barədə gizli bir siqnal göndərib.

S İA-nın məlumatına görə, bu fikir CNN tərəfindən analitiklərə istinadən səsləndirilib.

Bəyanatda deyilir: "Bu, Kremlin son siqnalı idi və analitiklərin fikrincə, Qərbi Ukraynanı dəstəkləməkdən çəkindirməyə yönəlmişdi".

…4 noyabrda Putin "Burevestnik" kruiz raketi və "Poseidon" pilotsuz sualtı aparatının yaradıcılarına təşəkkürünü bildirib. Təntənəli çıxışı zamanı o, Rusiyanın ən son silahlarının yaradıcılarının əldə etdiyi nailiyyətlərin Rusiya xalqı üçün tarixi əhəmiyyət kəsb etdiyini, onilliklər ərzində - bütün 21-ci əsrdə təhlükəsizliyi və strateji bərabərliyi təmin etdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə