Mədəkiçiltmə əməliyyatı hansı fəsadlara səbəb olur? - ARAŞDIRMA

Köklükdən və artıq çəkidən xilas yolu olaraq görülən “mədəkiçiltmə əməliyyatı” tibb tarixinə daxil olanda heç də məqsədi bu deyildi. Əslində, mədə kiçiltmə əməliyyatının hekayəsi bir cərrahi əməliyyat prosedurunun inkişaf etdirilməsindən ibarət deyil, daha çox bir əməliyyat etapının zamanla fərqli bir əməliyyata çevrilməsidir.

Qastroplastika əməliyyatlar və qastro-ezofageal reflyuks xəstəliyini aradan qaldırmaq üçün həyata keçirilən əməliyyatlar müşahidə edilmiş, nəticələr çıxarılmış, mədə kiçiltmə əməliyyatının aparılmasına başlanılmışdır.
İlk mədə kiçiltmə əməliyyatını 1988-ci ilinin mart ayında Doug Hess həyata keçirib. Bundan sonra ard-arda aparılan 20 əməliyyatdan çıxan xəstələr 16 ay boyunca müşahidə altında saxlanıldı. Məlum oldu ki, itirilən artıq çəkilər kimisində 7, kimisində də 25 kq-dır. Bəs, ümumiyyətlə mədəkiçiltmə əməliyyatı nədir? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Mədəkiçiltmə əməliyyatı mədənin cərrahi yolla kiçildilməsidir. Mədə həcmi azaldılaraq pasientin daha az qida ilə doyması nəzərdə tutulur. Həmçinin mədənin fundus adlandırdığımız dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün fundusda ifraz olunan iştah hormonunun (grelin hormonu) səviyyəsi kəskin azalır, bu isə iştahanın azalmasına və tez doyma hissinin yaranmasına səbəb olur.

Kiçilәn mәdәnin, tәbii ki nәticәsi olaraq insanlar әmәliyyat sonrasında kilo itirir vә özlәrinә yeni hәyat tәrzı yaradırıar. Bu dәyişiklik insanların hәm bәdәnsәl hәm dә psixoloji olaraq yaxşı yaşamasına sәbәb olur. Baş ağrısı, yuxu problemlәri, tәzyiq, II tip şəkərli diabet kimi daha öncәdәn yaşanan rahatsızlıq və xəstəliklərin şiddәti azalır vә ya tamamilә aradan qalxır.

Əməliyyat necə icra edilir?

Digər bariatrik əməliyyatlarda olduğu kimi sliv gastrektomiya da laparoskopik dediyimiz qapalı üsulla icra edilir. Əməliyyat təxminən 0,5 santimlik 5,bəzən 6 ədəd kiçik dəliklərdən icra edilir (mədə çıxarılan dəlik təxminən 2 sm-dir). Sliv gastrektomiya əməliyyatında birdəfəlik istifadə olunan xüsusi alətlərlə (stepler) mədə kəsilib tikilir və daha sonra xüsusi sapla kəsik boyu yenidən tikilir. Kəsildikdən sonra mədənin təxminən 75- 80% lik hissəsi çıxarılır. Əməliyyat nəticəsində qalan mədə banan şəklində bir borunu xatırlatdığı üçün əməliyyat boruvari rezeksiya adlanır.

Əməliyyat sonrası ağrının az olması, tikişlərin kiçik, kosmetik və görünməz olması, həmçinin çox tez normal həyata qayıdış, ən əsası isə artıq çəkinin uğurlu şəkildə itirilməsi əməliyyatı fərqləndirən xüsusiyyətlərdir.

Bu əməliyyat hansı hallarda, hansı şəxslərə tətbiq olunur? İstənilən şəxsdə bu əməliyyat həyata keçirilə bilərmi? Artıq çəkidən xilas olmaq üçün bu əməliyyatı tərcih edənləri əməliyyat zamanı, həmçinin gələcəkdə hansı risklər, problemlər, fəsadlar gözləyir?

Mədəkiçiltmə əməliyyatını cərrahlar tətbiq edir. Təbii, bütün əməliyyatların riski var. Bu əməliyyatda isə risk appendisit əməliyyatında olan risk qədərdir. Sadəcə peşəkar həkim olarsa, düzgün əməliyyat aparılarsa, heç bir problem olmaz.

Eyni zamanda xəstədən də çox şey asılıdır. Xəstə daşıdığı bütün xəstəliklər barədə əməliyyatdan öncə həkimə bildirməlidir. Həkimin bilmədiyi hər hansı problem olarsa, bu, sonradan böyük problemlərlə, hətta ölümlə belə nəticələnə bilər. Azərbaycanda olmasa da, Türkiyədə əməliyyat zamanı xəstə ölüb

Bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır. Amma bu, belə deyil. Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır.

Mədəkiçiltmə əməliyyatının riskləri barədə terapevt-qastroenteroloq Mətanət Cəfərova öz fikirlərini bölüşüb: “Təəssüf ki, mədə kiçiltmə əməliyyatı ilə bağlı maarifləndirmə çox aşağı səviyyədədir. Çoxu bunu sırf arıqlamaq üçün edilən əməliyyat kimi başa düşür. Hətta hədsiz çox kilosu olmayan belə, bu əməliyyata qaçır, nəticədə tez də olmasa, sonradan onun fəsadlarıyla qarşılaşır. Əslində isə bu əməliyyatı morbid piylənməsi olanlar etdirə bilər. Morbid piylənməsi ölümcül piylənmə deməkdir. Yəni piylənmə həddi o qədər yüksəkdir ki, ürək çatışmazlığı və digər fəsadlar verərək, xəstəyə həyati təhlükə yaradır. Həmin şəxs tez bir zamanda piylənmədən qurtulmalıdr ki, ölməsin. Azərbaycanda o formada piylənmədən əziyyət çəkən insanlar isə barmaqla sayılacaq qədərdir. Bu hal daha çox ABŞ-da müşahidə olunur, nəinki Avropa və Asiya qitəsində. Artıq bədən çəkisindən (piylənmə öncəsi) əziyyət çəkən, 1-ci və 2-ci tip piylənməsi olan şəxs bu əməliyyatı etdirdikdə həddən artıq arıqlaya bilər. Eyni zamanda orqanizmdə mübadilə prosesinin pozulmasına, vitamin-mineral kompleksinin mənimsənilməsində problemə, ümumi müqavimətin azalmasına səbəb olar. O ki qaldı mədə kiçiltmə əməliyyatının mədə xərçənginə səbəb olmasına, bəli, ola bilir. Ümumiyyətlə, mədə xərçənginin yaranma risklərindən biri də əməliyyat olunmuş mədədir. Əməliyyat olunmuş mədə bir müddət sonra da olsa, öz fəsadını verəcək. Bunu mən yox, tibbi protokollar deyir. Sağlam, bütöv mədəsi olan insanla müqayisədə əməliyyat olunmuş mədəsi olan insanlarda xərçəngə daha çox rast gəlinir. Odur ki, insanlar göstəriş olmadan mədə kiçiltmə əməliyyatına getməməməlidirlər”.

“Mədəkiçiltmə əməliyyatlarından sonra xərçəng” mövzusuna tez-tez toxunulur. Məsələn, bəzi adamlar deyir ki: “Mədəkiçiltmə sonrası xərçəng oldum” və ya “Mədəkiçiltmə sonrası bu mədə xərçənginin vəziyyəti necə ola bilər?”

Ümumiyyətlə, dünyada siqaretdən sonra xərçəngin ən böyük risk faktorlarından biri piylənmədir. Bir insan obezdirsə, piylənmədirsə, onsuz da, bu, siqaret çəkən qədər xərçəngə risk faktorudur.

Bu əməliyyatlardan sonra arıqlama varsa, xərçəngə çevrilə bilərmi?

Bu heç vaxt isbatlanmamış və bu əməliyyatla xərçəng arasında heç bir kəsişmə, hər hansı bir yolda uyğunlaşma yoxdur.

Sadəcə məsələ nədir? Bu əməliyyatlardan öncə, bəli, xəstə çox ciddi şəkildə “tarama” dediyimiz – “skrininq” dediyimiz müayinələrdən keçməlidir. Yəni ki, tutaq ki, süd vəzisi yoxlanılmalıdır, tiroidi yoxlanılmalıdır, uşaqlığı yoxlanılmalıdır, qaraciyəri yoxlanılmalıdır, mədəsi, təbii ki, yoxlanılmalıdır.

Mədəkiçiltmə əməliyyatı piylənmənin, artıq çəkinin müalicəsində effektiv cərrahi bir metoddur, uyğun xəstələrdə icra edilməlidir və xəstənin arıqlamasına çox ciddi şəkildə fayda sağlamaqdadır.

Bütün cərrahi əməliyyatlar kimi, mədəkiçiltmə əməliyyatına girməzdən öncə xəstələr ehtiyatlı olmalı, müəyyən analizlərdən və müayinələrdən keçməlidir. Bunun üçün mütləq mütəxəssislə məsləhətləşməli, onun nəzarəti altında əməliyyata hazırlaşmalı, nəticələr uyğun olarsa əməliyyata girməlidir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə