Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb

Saatlı rayon sakinindən odlu silahlar aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə