Gədəbəydə üç nəfər birlikdə bir nəfəri döyüb

Gədəbəy rayonunda kütləvi dava baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun özündə qeydə alınıb. Zaur Əsgərov bir neçə nəfər tərəfindən döyülüb. İlk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, adıçəkilən şəxs 3 nəfər tərəfindən döyülüb. Faktla bağlı polisə məlumat verilib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə