Şirvanda narkobaron həbs olunub - FOTO

Şirvanda narkobaron həbs olunub - FOTO

Şirvanda narkobaron avtomobil qəzası zamanı həbs olunub. SİA-nın Aran bürosundan verilən məlumata görə, aprelin 27-də, saat 22 radələrində Şirvan şəhərinin M.Rəsulzadə prospekti ilə Xəqani küçəsinin kəsişməsində işıqforda 1 May küçəsi, ev 9-da yaşayan Abduləzizov Elvin Elxan oğlu idarə etdiyi "Mercedes" markalı 90 GA 734 dövlət nömrə nişanlı avtomobillə "Hyundai" markalı 18 AA177 dövlət nömrə nişanlı və "VAZ 2106" markalı 10 BV 234 dövlət nömrə nişanlı maşınları vuraraq qəza törədib.

 

Hadisə zamanı xəsarət alanlar olmasına baxmayaraq Elvin Abduləzizov idarə etdiyi maşının yük yerində saxladığı salafan torbada olan qurudulmuş marixuananı götürüb qaçarkən hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerində polislərə müqavimət göstərən narkobaron məsuliyyətdən yaxasını qurtara bilməyib.

 

E. Abduləzizovun maşınından 194.71, əynində olan şalvarının arxa sağ cibindən 6.6 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb.

 

Narkotik vasitənin tərkibinin ekspertiza tərəfindən müəyyən olunması haqqında informasiya bu gün Şirvan Polis Şöbəsi tərəfindən təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə