Bakıda fərdi yaşayış evində qəfil yanğın başlayıb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Bir mərtəbəli həyət evində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
İlkin məlumata görə, yanğın qısaqapanmadan baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB