Yasamal və Suraxanı rayonlarında 2 yaşlı qadın evində huşsuz vəziyyətdə aşkarlanıb

Yasamal və Suraxanı rayonlarında 2 yaşlı qadın evində huşsuz vəziyyətdə aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1927-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının damından enərək 8-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə