Kürdəmir-Ağsu yolunun 30-cu kilometrliyində, Atakişili kəndi yaxınlığında dəhşətli yol qəzası baş verib."VAZ 2107" markalı avtomobil ilə qarşıdan gələn, Goranboy rayon sakini Baxşəliyev Namiq Hüseyn oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.
Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü, Mahir Mürsəlov və onun bacısı Ədibə Babayeva ölüb, 3 sərnişin isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Yaralanan şəxslər sürücünün qızları Ayşən, Güldanə Mürsəlovalar və qardaşı qızı Nazilə Mürsəlovadır. İlkin araşdırmalara görə, hadisənin baş verməsinə səbəb "VAZ 2107" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB