Göygöl sakinini əqrəb sancıb. SİA-nın məlumatına görə, rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən onu əqrəb sancıb.
İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnindən dərs deyirmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB