26 yaşlı slovak opera müğənnisi, soprano və aktrisa Patrisiya Yaneçkova oktyabrın 1-də dünyasını dəyişib. Məlumatı onun meneceri verib.
Bir il əvvəl Yaneçkova sosial şəbəkələrdə döş xərçənginin müalicəsinə başladığını və buna görə də "qeyri-müəyyən müddətə" səhnəni tərk etdiyini yazmışdı.
Bu il o, həm də Vlastimil Burdanın həyat yoldaşı olmuşdu.
SİA-nın əldə etdiyi məlumata görə, Patrisiya Yaneçkova Almaniyada etnik slovak ailəsində anadan olub. 2010-cu ilin qışında məşhur istedad şousu Talentmania-nın qalibi oldu. Bir il sonra o, ilk albomunu buraxıb. 6 il əvvəl o, ilk böyük rolunu - Handelin "Acis və Galatea" operasında Qalateyanı oynamışdı.
Qeyd edək ki, o, Ostravada Antonin Dvorak Teatrının opera studiyasında təhsil almışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə