“Daha böyük zəfərlər naminə seçimimiz İlham Əliyevdir!”

Martın 25-də Byləqan rayonunu Birinci Şahsevən və Əmirzeydili kəndlərində Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Beyləqan rayon şöbəsi və partiyanın rayon təşkilatının sədri Rəfail Pəsiyev, Milli Məclisin deputatı Şahin İsamyılov, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev və seçicilər iştirak ediblər. Görüş yüksək kənd sakinlərinin fəallığı və əhval-ruhiyyəsi ilə müşahidə olunub.

Rəfail Pəsiyev görüş əsnasında qeyd edib ki, Azərbaycan növbəti siyasi-ictimai hadisə - prezident seçkiləri ərəfəsindədir və bu gün ölkədə aparılan geniş miqyaslı inkişaf və tərəqqi işləri son 15 ildə reallaşdırılan uğurların sübutudur. “Ümumiyyətlə, əldə edilən hər bir uğur bilavasitə Cənab İlham Əliyevin apardığı mütərəqqi və məqsədyönlü siyasətin bariz nəticəsidir”- deyə qeyd edən R. Pəsiyev seçiciləri aprelin 11-də seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Millət vəkili Şahin İsmayılov də öz növbəsində qeyd edib ki, seçkilər günü beyləqanlıların seçimi dəyişilməz olacaq və hər bir rayon sakini Azərbaycanın daha inkişaflı yol keçməsi, zəfərlər əldə etməsi üçün Cənab İlham Əliyevə səs verəcəklər.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə vurğulayıb ki, Azərbaycanda son 15 il ərzində aparılan mütərəqqi daxili və xarici siyasətin nəticəsində ölkəmiz beynəlxalq aləmdə söz sahibinə çevrilib. “İstər regional, istərsə də beynəlxalq layihələrin ardıcıllıqla həyata keçirilməsi hər bir azərbaycanlının daha firavan, daha xoşbəxt yaşaması naminə atılan addımlardır və bütün bunlar Cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin bariz nümunəsidir”, - deyə qeyd edən Bəhruz Quliyev əlavə edib ki, Cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olması əməli fəaliyyəti ilə sübuta yetirilib: “İnanırıq ki, Beyləqan rayonunun seçiciləri daha böyük nailiyyətlərin əldə edilməsi, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi naminə aprelin 11-də birmənalı olaraq YAP-ın namizədi İlham Əliyevə səs verəcəklər”.

Kənd sakinləri də əminliklə vurğulayıblar ki, artıq onların hər biri öz seçimlərini ediblər. “Biz hamılıqla 11 aprel 2018-cil tarixdə keçirələcək prezident seçkilərində Cənab İlham Heydər oğlu Əliyevə səs verəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə