Ağcabədi seçiciləri işıqlı gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təbliğat qrupu Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonunun Yeni Qaradolaq kəndində seçicilərin növbəti görüşü keçirilmişdir.

Görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin seçki qərargahının sədr müavini Nazim Bünyatov açaraq seçiciləri prezidentliyə namizəd Cənab İlham Əliyevin seçki proqramı ilə tanış edib: "Biz 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərə də "İlhamla irəli" şüarı ilə gedirik. Devizimiz "Ölkənin inkişafı, insanların rifahı naminə" devizidir. Prezidentliyə namizəd Cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini Azərbaycan iqtisadi cəhətdən inkişaf etdirmək, əhalinin maddi rifah halını yüksəltmək, Respublikamızı beynəlxalq aləmdə tanıtmaqdan ibarətdir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz görünməmiş bir inkişaf keçmişdir. Məhz buna görə də biz inanırıq ki, siz seçicilər, bu xidmətlərinə görə yenidən Cənab İlham Əliyevə səs verəcəksiniz".

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təbliğatçıları, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, YAP Ağcabədi rayon şöbəsinin Şura üzvü İbrahim Həsənov, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova çıxış edərək 2003-2018-ci illərdə ölkədə bərqərar olan iqtisadi yüksəliş, regionların iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçməsi, ümumidaxili məhsulun və ölkənin valyuta ehtiyatın artması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatının və sənayenin inkişafı barədə öz fikirlərini bölüşərək bu nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlərinə görə seçiciləri Cənab İlham Əliyevə səs verməyə səslədilər.

Görüşdə seçicilər adından çıxış edər Bayram İsmayılov, Leyla Əliyeva, Hacı Hacıyev xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü böyük işlərə görə 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildirdilər.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə