Xalqın seçimi alternativsiz lider İlham Əliyevdir!!!

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xankəndi, Sulut və Tağlabiyan kəndlərində seçicilərlə görüş keçirib.

Keçirilən tədbirləri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının idarə heyətinin üzvü Valeh Salehov açaraq qeyd edib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır: "2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına, bu sahədə artıq əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılmasına xidmət etmişdir". V.Salehov seçiciləri fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırdı.

YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev çıxışında qeyd edib ki, Ümummilli Liderin iqtisadi strategiyasının "Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir..." söyləyən Cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq, Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı dövlətinə, eləcə də, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir.

Daha sonra çıxış edən kənd sakinləri Abdulov Bəhruz, Rəhmanov Şərif, Mamedov Fariz və başqaları çıxış edərək, qeyd ediblər ki, ismayıllılar həmişə dövlətə, dövlətçiliyə sədaqətləri ilə fərqlənmişlər. Bundan sonra da onlar respublikamızda hökm sürən ictimai - siyasi sabitliyi, iqtisadi yüksəlişi, hakimiyyətlə xalq arasındakı vəhdəti, Ümummilli Lider Heydər Əliyev irsini uğurla davam etdirən Cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklər.

Suraxanı rayonu

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Hövsan Nord Mədəniyyət Evinin qarşısında 5000 nəfərdən çox seçici ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon şöbəsinin sədri Vüqar Seyidov açaraq bildirib ki, 2003-2018-ci illər ərzində ölkə başçısı, YAP-ın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox işlər görülmüş, tarixi nailiyyətlər əldə edilmişdir. Ulu Öndər Heydər Əliyevin yolu Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilmiş, müstəqil Azərbaycan inkişafda olan ölkələr arasında öz yerini möhkəmlətmişdir. V.Seyidov dövlətin Suraxanı rayonuna olan qayğısından geniş danışaraq bildirib ki, Cənab İlham Əliyev 15 il ərzində 30 dəfədən çox Suraxanıda olmuş, bir çox tədbirlərin açılışında şəxsən iştirak etmişdir. V.Seyidov Suraxanı seçicilərini 11 apreldə fəal olmağa, patiyamızın alternativsiz liderinə - Cənab İlham Əliyevə dəstək olmağa səsləyib.

Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Ağacan Abıyev son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilmiş lahiyələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından söhbət açaraq, seçicilərə bir daha bu nailiyyətlərin asan yolla əldə olunmadığını çatdırıb, gələcəyimizin yeni qələbələrə və uğurlara imza atması üçün YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıblar. Tədbirdə "Ruslan" MMC hüquq firmasının direktoru, Suraxanı sakini Loğman Abdullayev hər bir vətəndaşın seçmək hüququ olduğunu və bu hüquqdan səmərəli istifadə etməsini tövsiyə edib, eyni zamanda, ən layiqli namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırıb. Suraxanı rayon qadınları adından çıxış edən, 20 Yanvar şəhid ailəsi Şövkət Xanməmmədova sülh və əmin-amanlıq şəraitində yaşamağımızdan, insanlara olan qayğıdan söhbət açıb və ən layiqli namizədin ətrafında sıx birləşməyə çağırıb.

Gənclər adından çıxış edən Arzu Həsənzadə gənclərin dostu, gənclər siyasətinin ölkədə, dövlət siyasəti səviyyəsində inkişafına rəvac verən Cənab İlham Əliyevə bütün gəncləri səs verməyə dəvət edib.

Həmçinin, görüşdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçisi, Suraxanı rayon sakini Hicran Şərifov son 15 ildə ölkəmizin idman tarixindəki uğurlardan danışıb və bu uğurların yeganə təminatçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Balakən

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qazma kəndində seçicilərlə görüş keçirib.

Görüşü Yeni Azərbaycan Partiyası Seçki Qərarhahının sədri Azad Balayev açaraq 2003-2018-ci ildə Azərbaycanda gedən sosial inkişafdan, ordu quruculuğundan, daxili və xarici siyasətdən söz açaraq, 11 aprel 2018-ci il seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevi dəstəkləmək üçün seçicilərə çağırış etdi.

Tədbirdə çıxış edən kənd ağsqqalı Mustafa Əliyev Prezident Cənab Əliyevin Balakənə səfərlərindən, Balakən-Qazma-Darvazbinə yolunun asfaltlaşmasından, ölkədə aparılan ordu quruculuğunun uğurlarından söhbət açdı. Çıxışının sonunda kənd ağsaqqalları adından Qazma kəndində olan seçiciləri seçki günü seçki məntəqələrinə gələrək, sabit və firavan həyatımızın davamlı olmasına səs verməyə çağırdı.

Qazma kəndinin ziyalıları Əkrəm Eminov, Rəşid Musayev və Xəlifə Mirəliyev çıxış edərək, Cənab Prezidentin Balakənə tarixi səfərlərindən, Onun bir qrup Balakən ziyalısı ilə görüşlərindən söhbət açıblar. Seçiciləri uğurlu gələcəyimizə, işıqlı sabahımıza, partiyanın layiqli namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Qobustan

Qobustan rayonunun Ərəbşahverdi kəndlində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin tərtib olunmuş qrafikə uyğun olaraq, seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək bildirdi ki, Azərbaycan demokratik bir ölkədir, hər kəs sərbəst düşünmək və müstəqil seçim hüququna malikdir: "11 aprel 2018- ci il prezident seçkilərində bu hüququmuzdan istifadə edərək, seçki məntəqələrinə gəlib, layiqli namizədə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olarıq. Çünki ötən 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı tərzdə dəstəklənir. Azərbaycan xalqı YAP-ın Sədri İlham Əliyevə dərin inam və etimad bəsləyir və qarşıdan gələn seçkilərdə fəal iştirak edərək, məhz onun namizədliyini dəstəkləyəcək".

Görüşdə təbliğatçı Yusif Quliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, həyata keçirilən sosial layihələrdən respublikamızda və rayonumuzda görülən abadlıq işlərindən danışıb. Tədbirdə Ərəbşahverdi kənd sakinləri Baxşalı Məmmədov, Ağaverdi Abdulxalıqov, Ayatxan Allahverdiyev və digərləri çıxış edərək Cənab İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları və siyasəti dəstəkləyərək, 11 aprel 2018- ci ildə seçki məntəqələrinə gedərək, hamı bir nəfər kimi, bu siyasətin davamına - Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Şamaxı

Dünən YAP Şamaxı rayon təşkilatı qrafikə əsasən Ovculu, Hacıqədirli və Meysəri kəndlərində seçicilərilə görüş keçirib. Tədbiri giriş sözü ilə qərargah üzvü Eyvaz Eminaliyev açıb. Sonra qərargah üzvləri Ağarza Bayramov, Tünzalə Yusifova, Nəzakət Abdulrazaqova, Səməd Fətəliyev, Namik Rzazadə, Şahmar Hüseynov seçicilərin suallarına cavab verərək cıxış ediblər. Keçirilən görüşlər, ümumilikdə 27, 28 və 36 saylı məntəqələrdə qeydiyyatda olan 400-dən yuxarı seçicini əhatə edib. Görüşlərdə seçicilər İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə