Danimarka məktəblərində tətil 1 aya yaxın davam edəcək...

...“Omikron”a görə
Danimarka məktəblərində tətil 1 aya yaxın davam edəcək...
Danimarkanın ümumtəhsil məktəblərində Milad tətilləri koronavirusa yoluxmanın artması səbəbindən bir aya yaxın davam edəcək.

SİA xəbər verir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblilər dekabrın 15-dən yanvarın 4-dək tətildə olacaqlar.

Dekabrın 10-dan Danimarkada gecə klubları və diskotekalar bağlanacaq. 50-dən çox insanın iştirakı ilə konsertlər və kütləvi tədbirlər keçirilməyəcək, restoranlara qoruyucu maskalarla gəlmək məcburi olacaq.

Hökumət həm özəl, həm də dövlət müəssisələrinə işçilərin məsafədən işləməsini tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB