SİA xəbər verir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblilər dekabrın 15-dən yanvarın 4-dək tətildə olacaqlar.

Dekabrın 10-dan Danimarkada gecə klubları və diskotekalar bağlanacaq. 50-dən çox insanın iştirakı ilə konsertlər və kütləvi tədbirlər keçirilməyəcək, restoranlara qoruyucu maskalarla gəlmək məcburi olacaq.

Hökumət həm özəl, həm də dövlət müəssisələrinə işçilərin məsafədən işləməsini tövsiyə edib.