BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər

BP şirkəti Azərbaycanda təhsilin inkişafına göstərdiyi dəstək çərçivəsində növbəti layihəni reallaşdırıb. Budəfəki layihədə beynəlxalq miqyasda tanınan 4 dərslik bp şirkəti tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq UNEC-ə təqdim edilib.

Hovard Lyun və Bryus L. Berqin həmmüəllifi olduqları “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” dərsliyində tədqiqatçılar keyfiyyət məlumatlarını tərtib etmək, toplamaq, təhlil etmək və nəticələrini elmi ictimaiyyətə təqdim etmək barədə önəmli məqamları əldə edə biləcəklər.

Elmi bestseller olan Kotlerin “Marketinqin əsasları” kitabı nəzəri müddəaların praktiki tətbiqetmə nümunələri ilə yalnız tələbələr tərəfindən deyil, geniş oxucu auditoriyası tərəfindən yüksək qiymətləndirilir.

Mişkinin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı” kitabı iqtisadiyyat və maliyyə sahəsi ilə maraqlananlar üçün dəyərli töhfədir. Kitab “Pul siyasəti”, “Pul və banklar”, “Bank işi” və “Maliyyə bazarları” kimi dərslərdə əsas vəsait kimi istifadə edilə bilər.

Con Vivianın “Kütləvi kommunikasiya mediası” dərsliyi isə medianın fəaliyyətindən və media savadlığını artırmağın yollarından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...