Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydalarına həsr olunmuş bu tədbirdə TQDK sədri M.Abbaszadə və ATU-nun rektoru, akademik Ə.Əmiraslanov rezidenturaya qəbul qaydaları barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Görüşdə TQDK-ya heç bir aidiyyatı olmayan və Rezidentura səviyyəsinə
hazırlıq keçən müxtəlif kursların açıldığı, həmin kurslarda guya TQDK və Tibb Universiteti ilə əməkdaşlıq edən müəllimlərin dərs deməsi barədə tələbələr
tərəfindən məlumat səslənib. TQDK sədri bu faktın təxirəsalınmadan
araşdırılacağını, əgər həmin müəllimlərdən Komissiya ilə əməkdaşlıq edənlər
aşkar edilərsə, dərhal bu əməkdaşlığın dayandırılacağını bildirib.
Eyni məzmunlu məlumat komissiyanın elektron ünvanına da daxil olub. TQDK-dan
verilən xəbərə görə, komissiya sədrinin göstərişi ilə bu faktlar araşdırılıb və
məlum olub ki, müxtəlif kurslarda rezidenturaya hazırlıq keçməsi iddia olunan
müəllimlərdən 4 nəfəri TQDK ilə əməkdaşlıq edən şəxslərdir. Araşdırma
nəticəsində həmin müəllimlərin heç bir kursda hazırlıq dərsləri keçmədikləri
məlum olub. Onlara kurs tərəfindən belə bir təklif edilib, lakin onlar bundan
imtina ediblər. Hazırlıq kursunda dərs deyən müəllimlərin isə TQDK-ya heç bir
aidiyyatı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB