Təhsil naziri 20 Yanvar faciəsi ilə bağlı keçiriləcək tədbirlər planını təsdiq edib
Azərbaycanın təhsil naziri Misir Mərdanov bütün təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, əmrdə 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünü ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planına müvafiq olaraq, tədbirlərin bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində keçirilməsi qeyd olunub.
Yerli idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə yanvarın 26-da nazirliyə hesabat təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB