Azərbaycanın təhsil naziri Misir Mərdanov bütün təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, əmrdə 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünü ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planına müvafiq olaraq, tədbirlərin bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində keçirilməsi qeyd olunub.
Yerli idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə yanvarın 26-da nazirliyə hesabat təqdim etməlidirlər.
window.print();