"Bakı şəhər məktəblərində Valideyn-Müəllim Assosiasiyasının yaradılması işi sürətləndirilməlidir". SİA-nın xəbərinə görə, bunu Təhsil Şurasının iclasında Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib.
Onun sözlərinə görə, direktorlar məktəblərdə VMA-ların yaradılması məsələsinə daha ciddi yanaşmalıdır: "Məktəblərdə mütləq VMA yaradılmalıdır. Bu sizin işinizə xeyli kömək edəcək. Beləliklə məktəblərlə valideynlər arasında əməkdaşlıq daha da güclənəcək və bu təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB