"Məktəblərdə mütləq VMA yaradılmalıdır"

15 Mart 2013 16:34 (UTC+04:00)

"Bakı şəhər məktəblərində Valideyn-Müəllim Assosiasiyasının yaradılması işi sürətləndirilməlidir". SİA-nın xəbərinə görə, bunu Təhsil Şurasının iclasında Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib.

Onun sözlərinə görə, direktorlar məktəblərdə VMA-ların yaradılması məsələsinə daha ciddi yanaşmalıdır: "Məktəblərdə mütləq VMA yaradılmalıdır. Bu sizin işinizə xeyli kömək edəcək. Beləliklə məktəblərlə valideynlər arasında əməkdaşlıq daha da güclənəcək və bu təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək".