Naxçıvanda açıq ürək əməliyyatları keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin, 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadası artıq ənənəvi hal alan daha bir aksiyanı 10-18 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasında başlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, aksiya çərçivəsində 25 yaxın açıq ürək əməliyyatları, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri həyata keçiriləcək.


Həmçinin Naxçıvan Diaqnostika Mərkəzində tibb mərkəzində çalışan və eyni zamanda ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı 5-ci regional elmi-praktiki konfrans keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...