AMEA-nın 2011-ci ildəki ilik hesabat məcmuəsinə 250 elmi nəticə daxil edilib

Hazırda elmi-tədqiqat müəssisələrində 460-dək elmi problemi əhatə edən 1500-dək mövzu üzrə iş yerinə yetirilib. SİA-nın xəbərinə görə, bunu akademik Asəf Nadirov bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildəki ilik hesabat məcmuəsinə 250 elmi nəticə daxil edilib. Akademikin sözlərinə görə, onlardan 156-nın AMEA-ya, 70-nin ali təhsil müəssisələrinə, 24-nün isə digər elmi-tədqiqat institutlarına aid olduğunu diqqətə çatdırıb: "Hazırda elmin müvafiq istiqamətləri üzrə 30 Problem Şurası fəaliyyət göstərir. Elmi tədqiqatların səmərəlliyinin yüksəldilməsi, strukturunun təkmilləşdirilməsi, mühüm elmi-təşkilati və kadr məsələlərinin həlli, respublika üzrə aidiyyatı təşkilatların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı konkret işlər həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə