AMEA-nın 2011-ci ildəki ilik hesabat məcmuəsinə 250 elmi nəticə daxil edilib
19 May 2012 12:38 (UTC+04:00)
Hazırda elmi-tədqiqat
müəssisələrində 460-dək elmi problemi əhatə edən 1500-dək mövzu üzrə iş yerinə
yetirilib.
SİA-nın xəbərinə görə, bunu akademik Asəf Nadirov bildirib ki, Azərbaycan Milli Elmlər
Akademiyasının 2011-ci
ildəki ilik hesabat məcmuəsinə 250 elmi nəticə daxil edilib. Akademikin sözlərinə görə, onlardan 156-nın AMEA-ya,
70-nin ali təhsil müəssisələrinə, 24-nün isə digər elmi-tədqiqat institutlarına
aid olduğunu diqqətə çatdırıb: "Hazırda elmin müvafiq istiqamətləri üzrə 30 Problem Şurası
fəaliyyət göstərir. Elmi tədqiqatların səmərəlliyinin yüksəldilməsi, strukturunun
təkmilləşdirilməsi, mühüm elmi-təşkilati və kadr məsələlərinin həlli,
respublika üzrə aidiyyatı təşkilatların fəaliyyətinin əlaqələndirilməsi ilə
bağlı konkret işlər həyata keçirilir".