Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılır

Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılır
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində iri dərman istehlakçısı olan şirkətlərinin nümayəndələri ilə iclas keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda edilən xəbərdarlığa əsasən, içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı iyunun 1-dən dayandırılacaq.

Mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirib ki, bəzi dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir. İçliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə rəsmi müraciətlər edildiyini deyən Ə.Abdullazadə vurğulayıb ki, bu problem 2012-ci ilə öz həllini tapmalıdır. Onun sözlərinə görə, iyunun 1-dək içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə