Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılır
9 Aprel 2012 13:41 (UTC+04:00)
Dərman Vasitələrinin Analitik
Ekspertiza Mərkəzində iri dərman istehlakçısı olan şirkətlərinin nümayəndələri
ilə iclas keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə
görə, iclasda edilən xəbərdarlığa
əsasən, içlik
vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı
iyunun 1-dən dayandırılacaq.
Mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirib ki, bəzi
dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir.
İçliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə
rəsmi müraciətlər edildiyini deyən Ə.Abdullazadə vurğulayıb ki, bu problem 2012-ci ilə öz həllini tapmalıdır. Onun
sözlərinə görə, iyunun 1-dək içlik vərəqələri Azərbaycan dilində olmayan dərman
preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.