Doktorant və dissertantlar üçün informatika fənni üzrə keçirilən qış imtahan sessiyası başa çatıb
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) doktorant və dissertantlar üçün informatika fənni üzrə keçirilən qış imtahan sessiyası başa çatıb. SİA-nın xəbərinə görə, sessiyada respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini təmsil edən 213 tədqiqatçı iştirak edib. Onlardan 44-ü doktorant, 169-u dissertantdır. İmtahanın nəticələrinə görə 110 nəfər əla, 72 nəfər yaxşı, 22 nəfər kafi, 9 nəfər qeyri-kafi qiymət alıb.
Müxtəlif elm sahələri ilə məşğul olan tədqiqatçılar üçün təşkil edilən kurslarda tədris və imtahanların qəbulu dörd elmi istiqamət üzrə aparılır. Bu sessiyada fizika-riyaziyyat və texnika elmləri istiqaməti üzrə 23, kimya-biologiya və tibb elmləri istiqaməti üzrə 52, Yer, coğrafiya və kənd təsərrüfatı elmləri istiqaməti üzrə 15, ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər istiqaməti üzrə 123 nəfər imtahan verib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların ən müasir İKT biliklərə yiyələnməsi, elmi-tədqiqat işlərində yeni texnologiyaların tətbiqi imkanları ilə yaxından tanış olması üçün hər cür şərait yaradılıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB