Yardımlıda payızlıq əkin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz artıb. SİA xəbər verir ki, 2022-ci ilin noyabrın 1-dək Yardımlı rayonunda payızlıq əkin kampaniyası çərçivəsində 3 min 593 hektar sahədə şum işləri görülüb, ondan 2 min 884 hektar sahədə dən və yaşıl yem üçün taxıl bitkiləri səpilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz artan payızlıq əkin sahəsinin 2 min 784 hektarını buğda, 100 hektarını isə arpa sahəsi təşkil edir. Əkin kampaniyasında ailə kəndli və ev təsərrüfatlarının xüsusi çəkisi daha böyükdür.
Yerinə yetirilmiş əkin işlərinin 7,2 faizi qeyri-dövlət mülkiyyətinə aid kənd təsərrüfatı müəssisələrinin payına düşür ki, onlardan “Tural”, “Mehdi” kəndli fermer təsərrüfatları daha fəallıq göstəriblər.
Hazırda rayonda payızlıq əkin kampaniyası davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB