“Azəristiliktəchizat” ASC şirkəti Bakı şəhəri və Respublikanın digər regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb,160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edir”. SİA xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.
O qeyd edib ki, şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və 43 qazanxana vasitəsilə 3775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakin, 75 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin edir: “Bu xidmətləri yüksək keyfiyyətdə göstərmək üçün şirkət 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20000-dən artıq müxtəlif mühəndislik qurğularını idarə edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB