Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir. SİA xəbər verir ki, təbii qazdan silah kimi istifadə edən Rusiyadan diqqətçəkən bir addım gəlib. İngilis "Daily Mail"də çıxan xəbərə görə, Rusiya texniki problemləri bəhanə edərək İtaliyada qazı kəsib.
İtaliya Rusiyanın dövlət enerji şirkəti "Qazprom"un ölkəyə qaz tədarükünü dayandırdığını açıqlayıb. İtaliyanın enerji şirkəti "Eni", "Qazprom"un onlara texniki problem barədə məlumat verdiyini və bunun ən tez bazar ertəsi həll ediləcəyini açıqlayıb. Bu addımın İtaliyanın yeni lideri Giorgia Meloninin Ukraynanı dəstəklədiyini elan etdikdən qısa müddət sonra atılması diqqətdən qaçmayıb.
"Daily Mail" bu inkişafı oxucularına “Putin Giorgia Meloniyə ilk zərbəsini sağçı liderin Ukraynaya dəstək verməsindən bir neçə gün sonra İtaliyaya qaz nəqlini tamamilə kəsərək vurdu” başlığı ilə təqdim edib. Seçkilərdə qələbə qazandıqdan sonra İtaliyanın yeni baş naziri olacaq Giorgia Meloni deyib ki, Putin “bütün Avropa qitəsinin təhlükəsizliyini təhdid edir” və Ukraynanın dörd bölgəsinin ilhaqının “hüquqi və siyasi dəyəri yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB