AYİB-in potensial iştirak imkanları müzakirə olunub

AYİB-in potensial iştirak imkanları müzakirə olunub

Qarabağda həyata keçirilən layihələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) potensial iştirak imkanları barədə fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“AYİB prezidenti xanım Odil Reno-Basso ilə işgüzar müzakirələrimizdə energetika, xüsusilə bərpaolunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə bankın potensial iştirak imkanları barədə ətraflı fikir mübadiləsi apardıq. Perspektivlər əməkdaşlığın dərinləşdirilməsi üçün cəlbedicidir”, - deyə M.Cabbarov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə