Manatın məzənnəsinə təsir göstərəm amillər nələrdir? - DİQQƏT! - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

Manatın məzənnəsinə təsir göstərəm amillər nələrdir? - DİQQƏT! - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

"Azərbaycanda düzənli məzənnə rejiminə keçirilmədiyi üçün bu, Mərkəzi Bank tərəfindən praktiki olaraq birbaşa tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın manatın məzənnəsinin müəyyənləşdirilməsində xüsusi təsir imkanları var: "Ona görə də kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Mərkəzi Bankın son açıqlamalarında qeyd olunur ki, ilin sonuna qədər manatın məzənnəsi ilə bağlı təhdidlər görünmür. Bizim də təkliflərimiz ondan ibarətdir ki, Mərkəzi Bank yarımillik və ya birillik proqnozları elan etsin. Bu da təbii ki, birbaşa manatın məzənnəsinə və investisiya qoyuluşlarına birbaşa təsir göstərə bilər. Təbii ki, manatın məzənnəsinə təsir göstərən faktorlar içərisində ölkəyə daxil olan valyutanın həcmi kimi faktorlar da var. Nəzərə alsaq ki, Azərbaycanın ümumi ixracatının təxminən 85%-i neft və enerji məhsullarıdır. Nəticə etibarilə enerjinin qiyməti birbaşa ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir. Ona görə də, növbəti dövrlər üçün manatın məzənnəsində ölkəyə daxil olan valyutanın həcmi və neftin ümumbazar qiyməti əsas faktor kimi təsir göstərir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə