Yeni yolun tikilməsi ölkəyə nə qazandıracaq? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
“Rəsmi statistika göstərir ki, Qəbələ rayonu turistlərin ən çox səfər etdiyi rayonlardandır. Bütövlükdə xaricdən Azərbaycana gələn turistlərin Bakıdan sonra səfər etdiyi rayon məhz Qəbələdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı bildirib ki, Qəbələ rayonunun infrasturukturunun inkişaf etdirilməsi, turizmin inkişafı baxımından vacibdir: “Ümumilikdə isə yolun bərpa olunması regionun iqtisadi inkişafına xüsusi töhfə verəcək. Nəzərə alsaq ki, Qəbələyə səfər edənlər yalnız həmin rayona deyil, təbii ki, Qəbələnin kəndlərinə də gedirlər. Bu baxımdan da yol infrasturukturunun inkişaf etdirilməsi çox vacibdir. Yolun təmir olunması bütövlükdə Qəbələ də daxil olmaqla rayonun inkişafına müsbət təsir edəcək. Həmçinin ölkəyə gələn turistlərin sayının artmasına səbəb olacaq. Qəbələdə istehsal edilən məhsulların region və paytaxt bazarına daha rahat şəkildə çıxarılmasına şərait yaradacaq. Ona görə də bu yol yalnız Qəbələnin deyil, bütöv regionun iqtisadi inkişafına xüsusi dəstək olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB