Samir Şərifov ötən il elmə ayrılan pulun tam xərclənmədiyini deyib
“Deputatlar elmə pul ayrılmadığını deyir. Amma bizim elmə ayırdığımız pul belə ötən il tam xərclənməyib”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu xərclərin icra olunmaması həmin sahənin strukturdakı problemlərlə bağlıdır: “Bu problemlər öz həllini tapandan sonra da biz bu xərclərin dövlət büdcəsinin icrasında tam təmin edilməsinin şahidi olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB