Taksi xidmətlərinin bahalaşmasının səbəbləri nələrdir? - İQTİSADÇI AÇIQLADI
"Azərbaycanda iqtisadiyyatın digər sahələri ilə müqayisədə xidmət sektorunda kifayət qədər rəqabət var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bunların arasında rəqabət həm ictimai iaşə müəssisələri arasında, həm də taksi xidmətlərində daha güclüdür: "Məhz taksi xidmətində olan rəqabətin nəticəsi olaraq bir müddət əvvəl taksilərin qiymətinin daha çox endiyini müşahidə etdik. Restoranlarda və kafelərdə qiymətlər o qədər də ürəkaçan olmasa da rəqabət var. Rəqabətin olduğu bir şəraitdə qiymətlər yuxarıdırsa, artıq bu iqtisadi zərurətdən doğan bir qiymətdir. Taksilərin qiymətinin qalxması da elə bundan qaynaqlanır. Sadəcə olaraq qiymətin müəyyən qədər qalxması fonunda gərək xidmətin səviyyəsi də artsın. Yəni qiymət və keyfiyyət bir-biri ilə bilavasitə əks mütənasiblik təşkil edir. Qiymətin bir qədər qalxması nəticəsində məntiqlə keyfiyyət də qalxmalıdır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB