“Azərbaycanda ən çox gəlir gətirməsi baxımından neft sənayesi birinci yerdə gəlir. Azərbaycanda ümumdaxili məsulun formalaşmasında və ölkə iqtisadiyyatının digər sahələrinin də aktivliyinin təmin olunmasında neft sənayesi aparıcı rola sahibdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, sonrakı yerlərdə isə sənayenin müxtəlif sahələri gəlir: “O cümlədən də mədən sənayesi var ki, Azərbaycan kifayət qədər faydalı qazıntı yataqları ilə zəngindir. Sənayenin bu növü üzrə kifayət qədər qazanc gətirən sahələr vardır və bu gün də fəaliyyət göstərir. Digər bir istiqamət isə qeyri-neft ixracı üzrə olan sənaye parklarında, məhəllələrində istehsal olunmuş məsullardır ki, bunlar da Azərbaycan ixracında mühüm rol oynayan fəaliyyət istiqamətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB