"Azərbaycan dövləti bərpa olunan enerji sahəsində xeyli inkişaf edib" - İRENA-nın baş direktoru

"Azərbaycan dövləti bərpa olunan enerji sahəsində xeyli inkişaf edib" - İRENA-nın baş direktoru

“Böyük qürur hissi ilə deyə bilərəm ki, ötən ilin dekabr ayında Azərbaycan Energeyika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerjiyə hazırlıq ilə bağlı qiymətləndirmə hazırlanıb”. SİA xəbər verir ki, bu fikirləri Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Françesko La Kamera Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfrans zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan dövləti bərpa olunan enerji sahəsində xeyli inkişaf etmişdir: “Bu qiymətləndirmə Azərbaycan kimi bir ölkənin daimi mövqeyini göstərməkdədir. Azərbaycanın bərpaolunan enerji sahəsi də xeyli inkişaf etmişdir. Həmçinin qısa müddət ərzində beynəlxalq şirkətlərlə əməkdaşlıq etmişdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə